Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır

Rusiyada son bir gündə 11,012 nəfərə koronavirus diaqnozu qoyulub. 88 nəfər isə həyatını itirib.
Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 209,688 nəfərə, ölənlərin sayı 1,915-ə, sağalanların sayı isə 34,306 nəfərə çatıb. Hazırda ölkədə 243,000 nəfər COVID-19 şübhəsi ilə həkim nəzarətindədir.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Report Az