Əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb. Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin…