ABŞ-dan ittiham – Rusiya yanlış məlumat yayır

Associated Pressin açıqlamasına görə Rusiya kəşfiyyatına işləyən şəxslər Amerikada koronavirus haqqında yanlış məlumatları yayır.
Xəbərdə qeyd edilir ki, ABŞ kəşfiyyatı Moskvada GRU adlı kəşfiyyat servisilə əlaqədar 2 yüksək vəzifəli şəxsin əlaqələri aşkarlanıb. Bu şəxslərin təsiri ilə “İnforRos” və “OneWorld” kimi saytlar koronavirus pandemiyası ilə bağlı məlumatlarda Rusiyanı tərifləyib, ABŞ-ı isə təqsirləndirib.
Kremldən gələn cavab isə “saxta iddia” şəklində olub.