Ç. İyn 25th, 2025

ÜST koronavirusla mübarəzidə Azərbaycan hökumətinə müəyyən tövsiyələr verib

“Bu gün səhər Nazirlər Kabinetində görüş keçirmişik”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O qeyd edib ki, görüşdə koronavurusla mübarəzidə hökumətə müəyyən tövsiyələr verilib: “Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq. Sözügedən sənəd qiymətləndirmənin ətraflı təsviri, ÜST-ün lazımı məqamda əlavə yardım göstərilməsi ilə bağlı məlumat və tövsiyələrini özündə ehtiva edəcək”.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com