2 avqust – “Azərbaycan Kinosu Günü”

Bu gün Azərbaycan tarixinin şanlı günlərindən biri olan “Azərbaycan kinosu” günüdür.
Qədim tarixə malik olan Azərbaycan Kinosunun başlanğıcı 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edilməsi ilə başlayıb.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlanıb.
Belə ki, “Mediamax.az” saytı xəbər verir ki, 18 dekabr 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə avqust ayının 2-si kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” elan edilib.
Azərbaycan kinoları Üzeyir Hacıbəyov, Nəsibə Zeynalova, Rasim Balayev, Yaşar Nuri, Arid Quliyev, Həmidə Ömərova, Zemfira İsmayılova, Həsən Məmmədov və daha yüzlərlə aktyor, ssenarist, rejisor, bəstəkar sayəsində dünyada öz sözünü deməyi bacarmışdır.
Azərbaycan xalqının çətin günlərində məlhəm olmuş, komediyası ilə üzlərinə gülüş, dramları ilə göz yaşı, fəlsəfəsi ilə fərqli düşüncə yaratmağa malik olan, başından sonuna kimi kinoda əməyi keçən bütün peşəkarları təbrik edirik!