Mingəçevirdə zəncirvarı qəza baş verdi, bir nəfər xəstəxanalıq oldu

Mingəçevirdə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Mingəçevir bürosundan verilən məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.
İdarəetmədən çıxan “Mercedes”, “VAZ 2106”, “VAZ 2107” və “VAZ 21099” markalı dörd minik avtomobili toqquşub.
Hadisə zamanı “VAZ 21099” markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa