Ç. İyn 25th, 2025

ETSN: Çaylarda suyun səviyyəsi artıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, keçən gün ərzində yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib. 

Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com