Ç. İyn 25th, 2025

Rusiyada koronavirusun ikinci dalğasının vaxtı açıqlanıb

Virusoloq Anatoli Altşteyn Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib.

Mütəxəssis “Komsomolskaya Pravda”ya açıqlamasında ikinci dalğanın oktyabr-noyabr aylarına təsadüf edəcəyini deyib.

O, əlavə edib ki, COVID-19-un mövsümi hərəkətliliyi dəqiq ifadə olunmadığından, onun isti havada “sakitləşəcəyi” ümidləri doğrultmadı: “Ancaq görünür, oktyabr-noyabr aylarında – sərin və nəm iqlim şəraitində koronavirus daha aktiv olur”. 

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com