Beyrut şəhərindəki partlayışın gücü II Dünya müharibəsində Yaponiyaya atılmış atom bombası ilə müqayisə edilir

Livan hökumətinin verdiyi məlumata görə, Beyrut limanının bir sıra vəzifəli şəxsləri çərşənbə axşamı baş verən böyük partlayışla əlaqədar istintaqa qədər ev dustaqlığına götürülüblər.
Beyrutda baş verən böyük partlayış nəticəsində azı 135 nəfərin ölməsindən və 4000-dən çox insanın yaralanmasından sonra Livan matəm içindədir.
Çərşənbə günü Livan Prezidenti Mişel Aun Kabinetin fövqəladə görüşündə “Heç bir söz dünən gecə Beyrutda baş verən və onu fəlakətə məruz qalan şəhərə çevirən dəhşəti təsvir edə bilməz” deyib.
Böyük Britaniyanın Sheffield Universitetinin mütəxəssisləri partlayışın gücünün II Dünya müharibəsi dövründə Yaponiyanın Hiroşima adasına atılan atom bombasının gücünün 1/10-nə bərabər olduğunu və “şübhəsiz ki, tarixdəki ən böyük qeyri-nüvə partlayışlardan biri” olduğunu vurğulayıb.

Partlayışa nə səbəb olub?
Ammonium nitratının 2013-cü ildə gəmidən boşaldılmasından 6 il sonra Beyrut limanındakı bir anbarda saxlandığı bildirilir.
Beyrut limanının və gömrük orqanının rəhbərləri yerli mediaya deyiblər ki, onlar limanın təhlükəsizliyini təmin etmək üçün kimyəvi maddələrin oradan ixrac edilməsi və ya satılması barədə bir neçə dəfə ədliyyə orqanlarına yazıblar.
Liman Baş direktoru Hassan Koraytem OTV-yə açıqlamasında məhkəmənin materialın anbarda saxlanmasına göstəriş verdiyində onun təhlükəli olduğunu bildiklərini, lakin bu dərəcədə təhlükəli olduğunu bilmədiklərini deyib.
Livan Ali Müdafiə Şurası hadisəyə cavabdeh olanların mümkün “maksimum cəza” alacaqlarını vəd edib.
Hadisə yerində təhlükəsizlik qüvvələri geniş ərazidə axtarışları davam etdirir. Onlarla insan hələ də itkindir.

Livanın səhiyyə naziri Hamad Hassan ölkənin səhiyyə sektorunda çarpayıların az olduğunu və yaralıların müalicəsi və ağır vəziyyətdə xəstələrə qulluq üçün lazımi avadanlıqların olmadığını söyləyib. O, çox sayda uşağın xilas edildiyini, lakin ölü sayının daha da artacağından qorxduğunu əlavə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən, Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumatın daxil olmadığı bildirilib.
Livan Prezidenti çərşənbə günü kabinetin təcili iclasını çağırıb və iki həftəlik fövqəladə vəziyyət elan edilməli olduğunu bəyan edib.
Mənbə:BBC News