Ç. İyn 25th, 2025

8 yaşlı qardaşını amansızca qətlə yetirdi

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda tükürpədici qətl hadisəsi baş verib.

Mediamax.az “HaberGlobal”-a istinadən xəbər verir ki, hadisə zamanı 18 yaşlı oğlan səkkiz yaşlı qardaşını qətlə yetirib.

Qətldən sonra cinayətkar özü polisə təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, 18 yaşlı oğlan hadisəni qısqanclıq zəminində törədib.

Belə ki, ailəsinin səkkiz yaşlı qardaşına daha çox diqqət göstərməsi 18 yaşlı gənci qıcıqlandırıb.

Qardaşını meşəyə aparan oğlan orada onu bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, qonşuları hadisəni törədən gəncin psixoloji problemlərinin olduğunu bildirirlər.

Mənbə: Son Xəbər

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com