16 yaşlı gənc Kürdə boğulub

“Mediamax”ın məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.
Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.
Mənbə: APA