Rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar

“Növbəti bir həftə ərzində rayonlara gediş-gəliş müzakirə olunur. Bu haqda qərar verilməyib, lakin siyahımızdadır.
Atılacaq bütün addımların bir əsas şərti var – sanitar epidemioloji vəziyyət. Əgər yoluxma kifayət qədər aşağı düşərsə qaydalar yumusaldılacaq.
Biz həmin epidemioloji vəziyyəti saxlaya bilsək yumuşaldılmalara doğru gedəcəyik, əgər getməsək biz növbəti mərhələyə saxlamalı olacağıq.
Demək istədiyim odur ki, bunların hamısı müzakirə olunur.
İnsanların kütləvi toplaşmasının qarşısının alınması üçün hələlik kafelər açılmayıb
İnsanlardan xahişim odur ki, məsafəyə diqqət etsinlər və birlikdə toplaşmasınlar”-deyə prezident köməkçisi bildirib.