Magistratura və rezidentura ilə bağlı mühüm dəyişikliklər

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”-nın, “Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”-nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”-nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilib.
Mediamax.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”-da aşağıdakı dəyişikliklər edilib:
- “Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən sonra “- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin.
- “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Turizm hüququ” sətrindən sonra “- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin.
- Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060308 Xoreoqrafiya sənəti” ixtisasına “- Rəqs sənəti üzrə müəllimtədqiqatçı” sətrindən sonra “- Xoreoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin.
- “Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Rəqəmsal hökumət” sətrindən sonra “- Verilənlərin təhlili (Data analitikası)” və “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin.
- “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına “- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin.
Mənbə: Report