8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.
Hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb.
Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.
Mənbə: Qafqazinfo