Şb. Avq 9th, 2025

Salyanda intihar

Salyanda 48 yaşlı kişi intihar edib. 

Hadisə rayonun Xıdırlı kəndində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü kənd sakini Çələbiyev Rafiq Oruc oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

R.Çələbiyevin hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com