Ç. İyn 25th, 2025

Sərnişin avtobusunda yanğın

İstanbulda içində sərnişin olmayan avtobus hərəkətdə olarkən yanmağa başlayıb.

Qeyd edək ki, bununla bağlı görüntülər “Haber7” yayımlayıb.

Belə ki, hadisə yerli vaxtla 23:30-da Cevizlibağ səmtində qeydə alınıb.

Maşının motorundan duman yüksəlməyə başlayıb.
Sürücü yoldan keçən vətəndaşların və sürücülərin xəbərdarlıqlarına məhəl qoymadan yoluna davam edib.

Bir müddət sonra sürücü abtobusu saxlamağa məcbur olub. Onunla birlikdə digər sürücülər yanğın balonu vasitəsilə söndürməyə nail olublar.  

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com