Ç. İyn 25th, 2025

Qadın 30 nəfəri dolandıraraq pullarını aldı

Bakıda dələduzluqda təqsirləndirilən Xədicə Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Babək Pənahovun icraatındadır.

Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 30 zərərçəkmiş var.

Xatırladaq ki, X.Əhmədova əvvəllər də eyni əmələ görə ittiham olunub.


Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com