Matyuidi “Yuventus”dan ayrılıb

“Yuventus”un fransız futbolçusu Blez Matyuidi komandadan ayrılıb.
“Mediamax.az” “Qol.az”-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
33 yaşlı futbolçu komandada olan zaman ilə 3 mövsümdə 133 oyun keçirib, 8 qol vurub və 7 asist edib.
Qeyd edək ki, 33 yaşlı futboçu 2017-ci ildə PSJ-dən Turin təmsilçisinə keçib. Onun ABŞ-ın “İnter Mayami” klubu ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.