Ç. İyn 25th, 2025

Nazir Müavinindən istintaqa çağırılması ilə bağlı – AÇIQLAMA

“Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm”.

Bu sözləri Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov söyləyib.

R.Həsənov bildirib ki, mediada onun DTX-də istintaqa çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: “Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm”.

Qeyd edək ki, “Musavat.com” Xarici İşlər nazirinin iki müavininin bu gün DTX-də saatlarla istintaq altında olması barədə xəbər yayıb.

Xəbərdə qeyd olunub ki, Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb və saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com