Ç. İyn 25th, 2025

Azərbaycan Gürcüstanın ikinci əsas yanacaq tədarükçüsü olub

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114  min ton həcmində yanacaq idxal edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin yanacaq idxalındakı payı 18,7% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Rusiyadan sonra (212,8 min ton) ikinci əsas yanacaq tədarükçüsü olub.

Bu ilin ilk yeddi ayında Gürcüstan ümumilikdə 608,3 min ton benzin və dizel idxal edib ki, bu da illik müqayisədə 27 min ton və ya 4,6% çoxdur. 

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com