İlk dəfə qeydiyyatdan keçən COVİD-19 peyvəndinin sınağı düzgün tamamlanmayıb

İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
Dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan kəçən COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb.
Bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının elmi komitəsinin sədri Mustafa Qanei bildirib. Onun sözlərinə görə, bu peyvənd dünyaya, o cümlədən İrana ixrac olunacaq səviyyədə deyil. Komitə sədri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndi təsdiq etməsə, peyvənd ölkəyə gətirilməyəcək. “ÜST bu peyvəndin insan üzərində sınağı üçün bir sıra icazələr verib, lakin bu peyvəndin hazırlanması bir neçə il çəkir. Hər bir ölkə peyvəndi digər ölkələrə ixrac etmək üçün ÜST-ün standartlarına cavab verəcək sənədləri təqdim etməlidir. Biz də ölkəyə peyvəndləri ÜST-ün icazəsindən sonra gətirə bilərik”, – deyə M. Qanei vurğulayıb. (Apa)