Təhsil İnstitutu: Ənənəvi təhsilə qayıtmağı düşünmürük

????????????????????????????????????
“Ənənəvi təhsildən danışanda heç də əvvəlki ənənəvi təhsilə qayıtmağı düşünmürük”. Bunu Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev deyib.
Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, qlobal şəkildə pandemiya şəraitindəyik: “Bu vəziyyət hansısa kəndin pandemiyadan sığortalı olduğuna gətirib çıxarmır. Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə yanaşaq”.
Mənbə: Apa