Şb. Avq 9th, 2025

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Mediamax”ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21010” maralı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com