Şb. Avq 9th, 2025

Abşeronda ağır cinayətə təşəbbüs

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Verilən məlumata görə, bıçaqlanma hadisəsi Xırdalan şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 22 kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com