Ç. İyn 25th, 2025

Daha bir terror aktının qarşısı alınıb

Türkiyədə terror aktının qarşısı alınıb.

Mediamax.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Adanada terrorçunun saxlanıldığı avtomobildə 20 kilo, onun tərəfindən yol kənarında yerləşdirilmiş 17 kilo partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Saxlanılan terrorçunun PKK qruplaşmasının tapşırığı ilə Türkiyə ərazisində terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com