Ç. İyn 25th, 2025

Çimərlikdə gözlənilməz hadisə

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

Mediamax.az saytının verdiyi xəbərə görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə  qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan “Niva” markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. 

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com