Ç. İyn 25th, 2025

Masallıda dəhşətli qəza

Masallıda minik avtomobili iki hissəyə bölünüb. 2 nəfər ölüb 2 nəfər xəsarət alıb.

Qəza köhnə Ələt-Astara avtomagistralının Masallıdan keçən hissəsində baş verib. 57 yaşlı Mirqadir Ağayev idarə etdiyi yük maşını ilə eynimarkalı yük maşınını yedəyə alaraq əsas yola daxil olub. Bu zaman hərəkətdə olan Orxan Ağaverdiyevin idarə etdiyi avtomobil iki yük maşını arasındakı trosa çırpılıb. Zərbənin təsiri ilə iki hissəyə ayrılan minik avtomobilində olan sərnişinlər – Müşviq Tağılı və Məzahir Hüseynov hadisə yerində keçiniblər. Onların meyiti müainə olunması üçün Məhkəmə-Tibbi Ekspertiziya və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. SürücüOrxan Ağaverdiyev və sərnişin Qismət Mustafayev isə yaralanıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mənbə: Xəzər Xəbər

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com