DSX-nin hərbi qulluqçularına fəxri adlar verilib – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə, tibb xidməti polkovnik-leytenantı Hacıyeva Tünzalə Əşir qızı “Əməkdar həkim”, baş gizir Ələkbərzadə Rəna Kamil qızı “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər.
Mənbə: APA