Beşiktaş klubunun 8 futbolçusunda koronavirus aşkarlanıb

Beşiktaş klubun rəsmi “Twitter” hesabı xəbər verir ki, oyunçular, texniki heyət və klubun digər işçiləri testtən keçib.
Nəticələri açıqlayan klubun həkimi Tekin Kerem Ülkü 8 nəfərin testinin cavabının müsbət olduğunu deyib.
Cavabı müsbət çıxan 8 nəfər dərhal tibbi tədbirlər alınaraq, müalicəsinə başlanılıb. Koronavirusa yoluxanların kimliyi hələ açıqlanmayıb