Ç. İyn 25th, 2025

Karantin rejimini pozan keçmiş deputat İlham Əliyev məhkəmə qarşısına çıxarılır

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq. Mədiamax.az APA-a istinadən verdiyi məlumata görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com