Ç. İyn 25th, 2025

Azərbaycan komandası Ümumdünya Şahmat Olimpiadasında 1/4 finala yüksəlib

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.
Bu gün daha üç görüş keçirən komandamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayeva mübarizə aparıb.
Komandamız hər üç qarşılaşmada qələbə qazanıb.

Əvvəlcə İspaniya yığması şahmatçılarımız önündə aciz qalıb – 2:4. Ardınca Norveç millisi masadan məyus ayrılıb – 0.5:5.5.
Sonuncu qarşılaşmada isə Fransanı 3.5:2.5 hesabı ilə məğlub edən yığmamız 14 xalla qrup lideri kimi növbəti mərhələyə yüksəlib.

Mənbə: Oxu_az
 

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com