ABŞ-a aid maket hərbi təyyarəni hədəf seçdi – İranda ilk

ABŞ-a aid maket hərbi təyyarəsini hədəf seçdi – İranda ilk
İran İnqılab Keşikçiləri illik hərbi məşqlərində ilk dəfə yeraltı raketlərdən istifadə edib.
İran İnqılab Keşikçilərinin Hava qüvvələrinin komandiri Əmit Əli Hacızadə, Hörmüz boğazında başladılan hərbi məşqlərlə bağlı açıqlama verib. General Əmir Əli Hacızadə, bu gün ilk dəfə yeraltından ballistik raketin istifadə edildiyini vurğulayıb.
Bundan sonra ənənəvi raket buraxma sistemlərindən istifadə etməyəcəklərini söyləyən Hacızadə, “Birdəfəlik yerin altında olan raketlərin işə düşəcək və hədəfi npqtə atışı ilə vura biləcək”-deyib.
Hacızadə yerin altından ilk dəfə raketin istifadə edilməsinin təlimlərdə bir ilk olduğunu vurğulayaraq, ” Yeraltında gizlənən atıcılarımızdan istifadə edərək ilk dəfə ballistik raketlərimizi işə saldıq. Eyni zamanda bu təlimdə zirehli İHA-lar ilə öncədən bəlli olan hədəflər uğurla məhv edildi”-sözlərini işlədib.
ABŞ-a aid maket hərbi təyyarənin hədəf olaraq seçildiyi hərbi təlimdə İran, kosmosa göndərdiyi “Nur” adlı hərbi peyki də görüntü üçün ustifadə edəcəyini bildirib.
Mənbə: Haber Global