Ç. İyn 25th, 2025

ABŞ “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır

“Reuters”-in yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

Amerika lideri Rusiya ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Amma Rusiya razılaşmaya əməl etmir”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com