ABŞ-da Floyd üsyanı

Keçən günlərdə ABŞ-da polisin qaradərili Corc Floyd adlı vətəndaşı boğaraq öldürməsi ilə əhali ayağa qalxmışdı.

Müxtəlif ştatlarda insanlar etiraz aksiyasına qoşulurlar. Mineapolisdə etirazçıların polis məntəqəsini yandırması çox böyük səs gətirdi.

Trump Twitterdəki paylaşımında bu hadisəni tənqid etdi və şəhər bələdiyyəsini məsul tutdu. Hərbi qüvvələrin hərəkətə keçəcəyini bildirdi.
İnsidentin səbəbkarı olan polis əməkdaşı Derek Çauvinin isə 19 illik fəaliyyətində 2 nəfəri güllələdiyi və haqqında 20-yə yaxın şikayətin olduğu ortaya çıxdı.

Etirazların polisin həbs edilməsi qərarı qəbul edilənədək davam edəcəyi güman edilir.
Son 3 ildə Amerikada 690 qaradərili vətəndaşların polis tərəfindən öldürülməsi qeydə alınıb.
Etiraz aksiyasından görüntülər: