ABŞ-da polis cinayəti

ABŞ-ın Takoma şəhərində 33 yaşlı qaradərili Amerika vətəndaşı Manuel Ellisin boğularaq öldürüldüyü ortaya çıxıb.
Hadisə mart ayında baş versə də, təfərrüatlar analizi həyata keçirmiş həkim tərəfindən yeni açıqlandı. Həkim gəncin cinayət nəticəsində öldürüldüyünü bildirdi.
Polis şerifi verdiyi məlumatda Ellisi başqa bir maşının şüşəsini sındırmağa çalışarkən dayandırıb. Yerə yatırıb sıxdıqlarını, gəncin “nəfəs ala bilmirəm” fəryadı ilə tibbi yardım çağırdıqlarını, lakin Ellisin həyatını xilas etməyin mümkün olmadığını deyib.
Vaşinqton meri insidentin ətraflı araşdırılacağını, düzgün qərarın veriləcəyini qeyd edib.
Mənbə: Haberglobal
Şahanə Əhmədzadə