ABŞ-da təyyarələr toqquşdu: Biri deputat olmaqla 6 nəfər ölüb

ABŞ-ın Alyaska ştatının Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarənin toqquşması nəticəsində biri deputat olmaqla, 6 nəfər ölüb.
Bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, təyyarələrin birində altı nəfər, digərində bir nəfər – nümayəndələr palatasının ştatdan olan deputatı Harri Knopp olub. Altı nəfərin hadisə yerində, digərinin isə xəstəxanaya aparılarkən yolda öldüyü bildirilib.
Hadisə Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi tərəfindən araşdırılır.
Mənbə: APA