ABŞ dövlət qurumları Çin şirkətlərinin tərəfdaşları ilə işləməyə bilməyəcəklər

13 Avqust 2020-ci il tarixindən etibarən bir sıra Çin şirkətlərinin avadanlıqlarını, sistem və xidmətlərini istifadə edən ABŞ hökumət podratçıları hökumətlə yeni müqavilələr bağlaya və ya mövcud müqavilələri yeniləyə bilməyəcəklər.
Qadağa Huawei, ZTE, Hytera, HHDT və Dahua kimi Çin şirkətlərinin, eləcə də onların törəmə şirkətlərinin məhsullarına şamil olunur.
Mənbə: Apa