Ca. İyn 26th, 2025

ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı sərbəst buraxılıb

İranda həbsdə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt sərbəst buraxılıb. 

Ötən il İranın Ali dini lideri Əli Xameneyini təhqir etdiyi və şəxsi fotoqrafını internetdə yerləşdirdiyi üçün 10 il azadlıqdan məhrum edilən M.Uayt bu gün həbsdən azad olunduqdan sonra İsveçrə təyyarəsi ilə bu ölkəyə göndərilib. 

İran həbsxanalarında hazırda ABŞ-ın daha 3 vətəndaşı saxlanılır. Onlar casusluqda və qiyama təhriketmədə günahlandırılır. İranda 2007-ci ildə itən daha bir amerikalının harada olduğu isə məlum deyil.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com