Ç. İyn 25th, 2025

Abşeronda ot sahəsi yanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində 2 ha sahədə quru ot yanıb.

Yanğın zamanı yüksək temperaturdan hər biri 200 m² olan 2 ədəd istixananın polietilen üzlüyü 200 m² sahədə əriyib. Yaxınlıqdakı digər istixanalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: Fövqəladə Hallar Nazirliyi

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com