Abşeron rayonunda yanğın hadisəsi baş verib

Abşeron rayonunda ümumi sahəsi 200 kvadratmetr olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin birinci mərtəbəsinə yığılan ev əşyaları 70 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirib ki, tikili yanğından mühafizə olunub və alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mənbə: Trend