Acı nəticə – 3 milyard heyvan

2019-cu ilin sentyabr ayından başlayan və təxminən 6 ay müddətində davam edən Avstraliya yanğınları 3 milyard heyvanın ölməsi ilə nəticələndi.
Tələf olan heyvanlar arasında 180 milyon quş növü, 143 milyon məməli, 51 milyon qurbağa növü və 2 milyarda yaxın sürünən var. Eyni zamanda xilas olmuş heyvanlar da qida və yurd tapmaqda çətinlik çəkdiyi üçün məhv olmağa davam edir.
Nəsli tükənməkdə olan 113 heyvan növü isə müdaxilə edilməzsə tamamilə yoxa çıxma təhlükəsi ilə üz-üzədir. Xüsusilə koalaların son 30 ildə nəsli tükənməkdədir.
Təbii oksigen qaynağı olan meşələrin 21 faizi məhv olub. Bu da gələcəkdə qlobal istiləşməni daha sürətləndirəcək.
33 insan, 3 milyard heyvanın öldüyü yanğınlar 14 fevralda nəzarətə alınıb.
Mənbə: BBC