AFFA oyunlarla bağlı yeni tarix açıqlayıb

4 may saat 00.00-da xüsusi karantin rejiminin başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərti ilə 20 mayda bərpa edilməsi nəzərdə tutulur.
AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məsələ müvafiq klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.
Ölkədəki karantin rejimi ilə bağlı mövcud vəziyyət dəyişərsə, qəbul ediləcək yeni qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası bu barədə müvafiq addım ata bilər.
Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı.
Mənbə: report.az