Afroamerikalı vətəndaşın ölümünə səbəb olan polislərdən biri sərbəst buraxılıb

ABŞ-da may ayında Corc Floydun ölümünə səbəb olan keçmiş polislərdən biri Aleksandr Kuenq 750 min dollar girov müqabilində sərbəst buraxılıb.
Beləliklə, A.Kuenq Corc Floydun ölüm işində sərbəst buraxılan ikinci polis olub.
Xatırladaq ki, iyunun əvvəlində Corc Floydun ölümünə səbəb olan dörd polisdən biri – Tomas Leyn də 750 000 dollarlıq girov müqabilində sərbəst buraxılmışdı.
Mənbə: Oxu Az