Ç. İyn 25th, 2025

Ağdamsız 27 il

1993-cü il 23 iyul tarixində birinci Qarabağ müharibəsinin ən genişmiqaslı əməliyyatlarından biri baş verdi.Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı, əsasən könüllülərdən ibarət və sayca az olan Azərbaycanın milli ordusu dururdu.

40 gündən artıq davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometr, bir şəhər və 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 mindən çox insan hal-hazırda məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəsilin nümayəndəsidir.

Tariximizin qan yaddaşına yazılan 23 iyul 1993 tarixindən etibarən Ağdam şəhəri, onun qədim keçmişinin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi, “İmarət”lər düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid vermiş və onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Vətənin bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com