Ç. İyn 25th, 2025

Ağır yol-nəqliyyat hadisəsi baş verib

Zərdabda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin tokkuşması nəticəsində sürücü 1969-cu il təvəllüdlü Elman Əzizov, 1994-cü il təvəllüdlü Hüseynova Gülüstan Hamlet qızı və onun 8 yaşlı övladı Hüseyinli Mədinə Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Müayinə zamanı E.Əzizova qabırğaların və son əlinin açıq sınığı, G.Hüseynovaya sağ körpücük sümüyünün sınığı, M.Hüseyinliyə isə sağ ayağının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com