Ç. Avq 13th, 2025

Ağsuda baş verən yanğın söndürülüb

İyunun 16-da saat 16:30 radələrində Ağsu rayon bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın nəticəsində üç hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com