Alimlərdən daha bir təəccüblü ixtira

Alimlər təbiətdə olmayan zülallardan material yaradıblar.
“Nature Materials” xəbər verir ki, ondan robotlar üçün “əzələlər” və “dərilər” hazırlamaq mümkün olacaq.
Xüsusilə sevindirici hal ondadır ki, bu maddə bir-neçə saniyə ərzində özünü bərpa edir.
Almaniya və ABŞ alimləri vəhşi təbiətdə bir həll yolu axtarıblar. Onlar əsas kimi kalamar dişlərinin zülallarını götürüblər. Bu model əsasında tədqiqatçılar təbiətdə olmayan süni zülallar hazırlayıblar.
Yaranan maddənin çox güclü və ekoloji cəhətdən faydalı olduğu aşkar edilib.
Mənbə: Oxu Az