Alimlər koronavirusun niyə qoxu hissinin itməsinə səbəb olduğunu tapıblar

Koronavirusa yoluxmanı göstərən ilkin simptomlardan biri də qoxu hissinin itirilməsidir, lakin bunun səbəbi indiyədək məlum deyildi.
Alimlər artıq koronavirusun niyə insanda qoxu hissinin itməsinə səbəb olduğun tapıblar. ABŞ-dakı Harvard Tibb Məktəbinin mütəxəssisləri COVİD-19 kimi viruslar və digər infeksiyalara qarşı ən həssas olan hüceyrə növlərini təyin ediblər. Qoxu hissini aşkarlayan və beyinə ötürən sensor neyronların həssas hüceyrə növləri arasında olmadığını aşkar etdilər. Bunun əvəzinə, onlar koronavirusun sensor neyronlara metabolik və struktur dəstəyi təmin edən hüceyrələrə, həmçinin müəyyən kök və qan damar hüceyrələrinə hücum etdiyini tapdı.
Əldə edilən məlumatlar, əksər hallarda koronavirusun qoxu hissinin davamlı itkisinə səbəb olmayacağını göstərir.
Tədqiqat müəllifi Harvard Tibb Məktəbinin neyrobiologiya professoru Sandeep Robert Datta deyir: “Əldə etdiyimiz tapıntılar göstərir ki, yeni koronavirus xəstələrdə qoxu hissini birbaşa neyronlara yoluxmaqla deyil, dəstəkləyici hüceyrələrin fəaliyyətinə təsir etməklə dəyişdirir. Düşünürəm ki, bu yaxşı xəbərdir, çünki infeksiya təmizləndikdən sonra, qoxu neyronlarının sıfırdan dəyişdirilməsinin və ya yenidən qurulmasının lazım olduğu görünmür. Ancaq bu nəticəni təsdiqləmək üçün daha çox məlumat və əsas mexanizmləri daha yaxşı anlamaq lazımdır.”
Mənbə: Sky news