Amerikalıların qəzəbi soyumur

ABŞ-da qaradərili Corc Floydu boğaraq öldürmüş polisin həbs edilməsi qərarı gəldiyi halda əhali etiraz aksiyalarına davam edir.
Ölkə ərazisində minlərlə insan küçələrə çıxıb polis maşınlarını yandırıb, mağazaları dağıdaraq öz qəzəblərini nümayiş etdirir.
İnsidentin baş verdiyi Mineapolisdən başqa Nyu-york, Los Angeles, Atlanta və Vaşinqtonda insanlarla polis arasında qarşıdurma yaranıb. Vaşinqtonda aksiya iştirakçıları Ağ Evə doğru hərəkət edib. Gözətçilər tərəfindən dayandırılsalar da, əhali dinməyib. Bunu görə də Ağ Evdə giriş-çıxış qadağan edilib.
Mineapolisdə çöləçıxma qadağası qəbul olunsa da, insanlar qaydaya əhəmiyyət göstərməyiblər.
Hadisələrdən özünə pay çıxaranlar da oldu. Mağazaların yandırılmasını bəhanə olaraq bilib əşyaları daşıyanlar az deyildi.
Şahanə Əhmədzadə