Ana 5 uşağını qətlə yetirdi

Almaniyanın Solingen şəhərində ana 5 uşağını qətlə yetirib.
Məlumata görə, uşaqların Düsseldorf şəhərində yaşayan nənələrinin polisə müraciətindən sonra evə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşları 1,2,3,6 və 8 yaşlı uşaqların cəsədi ilə qarşılaşıblar. Nənə, qızının daha bir övladı ilə intihar etmək üçün yola çıxdığını bildirdikdən sonra, polis araşdırmalara başlayıb.
Axtarış nəticəsində qadının özünü metro qatarının altına atdığı, ancaq yaralanaraq xilas olduğu məlum olub. Artıq, uşaqlarını öldürən qadın polisin nəzarətinə götürülüb. Onun digər övladının isə sağ olduğu bildirilir. Hazırda hadisənin səbəbləri araştırılır.
Mənbə: XeberTv.info